DataLife Engine / NATO-nun baş katibi Ərdoğanla görüşmək üçün İstanbula gələcək

NATO-nun baş katibi Ərdoğanla görüşmək üçün İstanbula gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda NATO-nun baş katibi Yens Stoltenberqlə görüşəcək.

Bu barədə “NTV“ kanalı məlumat yayıb.

Stoltenberqlə görüş zamanı İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesi, eləcə də Rusiya-Ukrayna müharibəsi ilə bağlı məsələlərin müzakirə ediləcəyi gözlənilir.
28-10-2022, 10:24
Вернуться назад