DataLife Engine / Borrel Aİ-nin Laçın dəhlizi ilə bağlı mövqeyini açıqladı: Azərbaycana qarşı sanksiyalara baxılmır

Borrel Aİ-nin Laçın dəhlizi ilə bağlı mövqeyini açıqladı: Azərbaycana qarşı sanksiyalara baxılmır

Erməni lobbisi, ermənipərəst qüvvələr və Ermənistan Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamədən sonra revanş götürmək istəsələr də, səylərinə nail ola bilməyiblər. Avropa Parlamentinin deputatı Asita Kankonun Avropa İttifaqına Xankəndi-Laçın yolunun bağlanması ilə bağlı sərt tədbrilər seçməsi ilə bağlı müraciətinə cavab erməniləri növbəti dəfə xəyal qırıqlığına uğradıb.

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Josep Borrellin Avropa Parlamentinin deputatı Asita Kankonun rəsmi müraciətinə verdiyi cavabda deyilir:

“Sanksiyalar Aİ-nin ümumi xarici və təhlükəsizlik siyasətinin məqsədlərinə çatmaq üçün alətlərindən sadəcə biridir. Bu halda sanksiyalara heç baxılmır. Aİ-nin səyləri Ermənistan və Azərbaycan arasında dialoq yolu ilə həll yollarının tapılmasına yönəlib. Hər iki ölkənin liderləri də buna sadiqliklərini ifadə ediblər”.

Avropa İttifaqının Ermənistana göndərdiyi mülki missiyaya gəldikdə isə Borrel deyib ki, missiyanın məqsədi Ermənistanın sərhədyanı ərazilərində sabitliyi təşviq etmək, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində səylərə töhfə verəcək şərtləri təmin etməkdir.
1-02-2023, 09:30
Вернуться назад