Bakıda 5 yaşlı qızı zorlayıb öldürən danışdı

Bakıda öldürülən 5 yaşlı Aişə Qələndərovanın qətlində ittiham edilən 32 yaşlı Yakov Çernov törətdiyi əməlini etiraf edib. Xəzər Rayon Prokurorluğunun müstəntiqi Bakıda 5 yaşlı qızı zorlayıb öldürən danışdıPərviz Muradovun anspress-ə verdiyi məlumata görə, Yakov Çernov dindirilmə zamanı cinayəti törədərkən içkili olduğunu bildirib.

"Guya deyir ki, cinayəti törədərkən içkili olub. Lakin yalan deyir. Keçirilən tibbi ekspertiza müəyyən edib ki, Yakov Çernov hadisəni törədərkən sərxoş olmayıb. Ayıq başla və soyuqqanlılıqla uşağı öldürüb".

Müstəntiq deyir ki, Yakov Çernov dindirilmə zamanı Aişə Qələndərovanı zorlamadığını deyib: Hazırda uşağın meyidi tibbi ekspertizadan keçirilir. Onun həqiqətən də zorlanıb-zorlanmadığı isə ekspertizanın rəyindən sonra məlum olacaq. Hələlik bu barədə nəsə demək tezdir".

Pərviz Muradov onu da bildirib ki, qonşular Yakov Çernovu sakit və dinc insan kimi tanıyırmışlar.

Qeyd edək ki, dünən mayın 28-də Pirallahı rayonunda itkin düşmüş 5 yaşlı qızın meyidi tapılıb.
Onun meyiti elə yaşadığı məhlədən, qonşularının həyətində aşkarlanıb.

Qızın elə həmin həyətdə yaşayan qonşusu 1984-cü il təvəllüdlü Çernov Yakov Viktoroviç tərəfindən qətlə yetirildiyi bildirilib.

Ehtimal olunur ki, qətlə yetirilən uşaq zorlanıb.

Çernov Viktoroviçi polis yaxalayıb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

31-05-2015, 14:04



Fikirlər