"Nə vaxt gedirəm məni yola verirlər" - GİLEY


"Nə vaxt gedirəm məni yola verirlər" - GİLEY

Xidmətdən tərxis olunan könüllü iş tapa bilməməsindən şikayətçidir.

Kürdəmir rayon Qarasu kənd sakini Fəxri Abdulrəhmanov Gözətçiyə iş tapa bilməməsi ilə əlaqədar şikayətini bildirib.O,qeyd edir ki: Könüllü olaraq 7 oktyabr 2020-ci il tarixində Kürdəmir rayon Hərbi Səfərbərlik və Çağırış Xidməti üzrə vətənin müdafiəsi naminə hərbi xidmətə cəlb olunub. Xidmətini Mingəçevir şəhəri və Ağdam rayonunda aparıb.

5 dekabr 2020-ci il tarixində evin tək uşağı olduğu üçün könüllülər sırasından tərxis olunub. F.Abdulrəhmanov bildirir ki, “Atam dünyasını dəyişib. Ailəliyəm iki övladım var. Evin tək övladı olduğum üçün evin bütün yük mənim üzərimdədir. Tərxis olduğum müddətdən bugünkü tarixə kimi Kürdəmir rayon Məşğulluq Mərkəzində iş axtaran şəxs kimi qeydiyyatdayam.

Hələ də Kürdəmir rayon Məşğulluq Mərkəzi mənə bir iş tapıb verə bilməyib. Nə vaxt gedirəm məni yola verirlər. Bildirirlər ki, vakansiya yoxdur.” Vətəndaş qeyd edir ki, könüllülər sırasına daxil olmamışdan öncə də işsizlikdən Kürdəmir rayon Süd Emalı Kompleksinə müraciət etmişdim, lakin bir nəticəsi olmadı. Gözətçi.az saytı olaraq qarşı tərəfin mövqeyini öyrənmək məqsədilə Kürdəmir rayon məşğulluq mərkəzilə əlaqə saxladıq. Bildirildi ki, vətəndaşın müraciəti qeydə alınıb, lakin vakansiya olmadığından iş üzrə yönləndirmək mümkün olmayıb. “Yanvarın 25dən etibarən karantin qaydalarının yumşaldılması ilə yeni açılan sosial iş yerlərində vətəndaşların işlə təmin olunması üçün tədbirlər görüləcəkdir”

27-01-2021, 08:57



Fikirlər