Şəhid ailələrinə nə vaxt mənzil veriləcək? - AÇIQLAMA
Azvision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov deyib.
O bildirib ki, Prezident İlham Əliyevin Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında Sərəncamının icrasını 5 il ərzində yekunlaşdırmaq tapşırığı verilib.
“Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər barədə ilkin qiymətləndirilmələr var. 2020-ci ildə baş verən müharibədə şəhid olanların ailələrinin və əlillik qazanmış şəxslərin növbəyə durması bundan sonra bir neçə ay davam edəcək. Həmin şəxslərin sayı onlar tam növbəyə durandan sonra bilinəcək”.