Kor olmaq istəmirsinizsə, ondan uzaq durun

Kor olmaq istəmirsinizsə, ondan uzaq durunKosmetik dəri doldurucularının (botoks) düzgün qaydada vurulmaması insana ciddi ziyan verə, o cümlədən insanı kor edə və dərinin piy qatlarını sıradan çıxara bilər.

Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, ABŞ-da fəaliyyət göstərən klinikaların birinin qənaətincə, əgər dərini şişirtmək üçün istifadə edilən materiallar qan damarına nüfuz edərsə, insan olduqca ağır fəsadlarla qarşılaşa bilər.

Belə ki, yanlış qaydada vurulan botoks qan damarlarını sıxa və toxumalarda qan dövranını məhdudlaşdıra bilər. Bu isə toxumalara ciddi ziyan vura və onları sıradan çıxara bilər.

Klinikanın araşdırmasına görə, botoksun vurulması zamanı ən həssas və ən tez zədələnə biləcək hissələr qaşla burun arası, burunun üzəri və ətrafı, alın və gözlərin ətrafıdır.

Klinika bu cür fəsadlarla üzləşməmək üçün bokoks etdirərkən təcrübəli həkimlərə müraciət etməyi tövsiyə edir.

31-05-2015, 13:32



Fikirlər