"Neftçi" iki legioneri yola salır

"Neftçi" iki legioneri yola salırHeç də yaxşı oyun sərgiləməyən "Neftçi” klubu heyətdə ciddi islahatlar aparmağı düşünür. RealNews.az goal.az-a istinadən xəbər verir ki, baş məşqçi Arif Əsədov klub prezidentinə komandanı çempion edəcəyinə söz verib. Bunun qarşılığında isə bir neçə yeni oyunçu istəyib. Belə ki, Əsədov müdafiənin sağ və sol cinahına legioner futbolçu alınmasını istəyir. Eləcə də hücuma meylli – oyun qurucusu olan səviyyəli bir futbolçu.

Arif Əsədovun qara siyahısına düşən iki futbolçunun da adı məlumdur. Kluba yaxın mənbədən aldığımız məlumata görə, baş məşqçi müdafiəçi Denis Silvayla qapıçı Saşa Stamenkoviçi heyətdə görmək istəmir. "Bakı”dan heyətə cəlb edilən qapıçı Aqil Məmmədovun gəlişindən sonra isə Saşanın legioner limitinə görə ehtiyatda qalacağı məlumdur.

Bu səbəbdən də, klub rəhbərliyi yüksək ödənişli qapıçını komandada saxlamaq istəmir. Əgər futbolçularla danışıqlar baş tutsa, yəni onlara konpensasiya ödənilmədən getmələrinə nail olunsa, o zaman hər iki oyunçuyla bu ayın sonu vidalaşılacaq. Əks halda isə klub onları yollamaq üçün yayı gözləyəcək. Çünki futbolçuların klubla müqaviləsi gələn ilin yayında başa çatacaq.

16-12-2014, 15:16



Fikirlər