Siyasət Macarıstan və İtaliya prezidentləri İlham Əliyevi təbrik ediblər

 Siyasət Macarıstan və İtaliya prezidentləri İlham Əliyevi təbrik ediblərMacarıstan Respublikasının Prezidenti Yanoş Ader Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Realnews.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Sizə və xalqınıza Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə ən xoş arzularımı bildirmək istərdim.

Azərbaycan iqtisadi və sosial inkişaf istiqamətində mühüm irəliləyiş əldə etmiş, geniş bir regionda lider dövlətə çevrilmişdir. Bu prosesin bundan sonra da sürəti dayandırmadan davam etməsini arzulayıram.

Macarıstanın ölkələrimiz arasında strateji tərəfdaşlığın inkişafına sadiq qaldığını təsdiq etmək istərdim.

Sizə məsul dövləti fəaliyyətinizdə uğurlar və möhkəm cansağlığı, Azərbaycan xalqına sülh və rifah arzulayıram".

X X X

İtaliya Respublikasının Prezidenti Sergio Mattarella Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Realnews.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"İtaliya xalqı adından və öz adımdan Azərbaycan xalqına Respublika Günü münasibətilə səmimi qəlbdən sülh və rifah arzulayıram.

İtaliya və Azərbaycan artıq uzun müddətdir ki, xalqlarımız arasında möhkəm və uzunmüddətli dostluq münasibətlərindən bəhrələnən və müxtəlif səviyyələrdə keçirilən görüşlərlə zənginləşən səmərəli əməkdaşlıq mərhələsinə qədəm qoyublar.

Ümid edirəm ki, ölkənizin Avropa İttifaqı ilə daha geniş əlaqələri çərçivəsində bizim mövcud sıx əməkdaşlığımız və bunun nəticəsi olan ümumi təşəbbüslərimiz gələcəkdə daha da güclənəcəkdir.

Bu ümidlə də Sizə möhkəm cansağlığı, xalqınıza rifah arzu edirəm".

30-05-2015, 16:41



Fikirlər