Bolqarıstan və Yunanıstan saziş imzalayacaqlar

Bolqarıstan və Yunanıstan saziş imzalayacaqlar
İyunun 12-də IGB (Interconnector Greece-Bulgaria) boru kəmərinin tikintisi üzrə yekun investisiya qərarı üzrə sazişin imzalanması planlaşdırılır. Trend-in Bolqarıstan mətbuatına istinadən verdiyi məlumata görə, bunu Bolqarıstanın energetika naziri Temenujka Petkova deyib.

Onun sözlərinə görə, ola bilsin, saziş iyunun 12-də imzalansın: "Uzunluğu 182 kilometr olan (bunun 130 kilometri Bolqarıstan ərazisindən keçəcək) qaz kəmərinin tikintisinə 2016-cı ildə başlanmalı və 2018-ci ildə başa çatdırılmalıdır.

IGB Bolqarıstana Azərbaycan qazını əldə etməyə imkan verəcək qaz kəməridir.

27-05-2015, 00:41



Fikirlər