Cəlilabadda bayram təntənələri.

Mayın 9-da Cəlilabad rayonunda alman faşizmi üzərində qələbənin 70-ci ildönümü təntənə ilə qeyd edildi.Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov,İcra Aparatının rəsmiləri, müharibə veteranları, arxa cəbhə iştirakçıları, hüquq-mühafizə orqanlarının rəhbərləri əvvəlcə Ulu Öndər Heydər Əliyevinabidəsinin önünə sonra isə Ana abidəsinin önünə gül dəstələri qoydular.Tədbir zamanı İcra başçısı Əziz Əzizov müharibə veteranları ilə səmimi görüşdü, onları bayram münasibətilə təbrik etdi, hal-əhval tutdu..İcra başçısı Əziz Əzizov bayram sevincini veteranlarla bölüşərək Ulu Öndərimiz Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra veteranlara göstərilən yüksək dövlət qayğısından danışdı, hazırda möhtərəm Prezidentimiz İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsindən söz açdı, tədbir iştirakçılarına, onların timsalında bütün Cəlilabadlı müharibə veteranlarına ən xoş arzularını çatdırdı.Rayon Veteranları onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Cəlilabad RİH-nin başçısı Əziz Əzizova dərin minnətdarlıqlarını bildirdilər.Sonda “Tut Bağı” şadlıq evində veteranlara bayram süfrəsi açıldı.s
Mayın 7-də Cəlilabad rayonu Heydər Əliyev parkında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 92 illik yubileyi münasibətilə möhtəşəm Gül bayramı keçirilmişdir.Əvvəlcə Ulu öndərin abidəsini ziyarət edən Rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov,hüquq-müdafiə orqanlarının və şəhər ictimaiyyəti nümayəndələri dahi şəxsiyyətə ehtiram və məhəbbətlərinin ifadəsi olaraq abidə önünə təzə-tər gül dəstələri düzmüşlər.Gül bayramında Cəlilabad rayonunda fəaliyyət göstərən orta məktəbin şagirdlərinin müxtəlif çiçək və otlardan, bitkilərdən, yarpaqlardan hazırladıqları rəngarəng tablolar öz görünüşü və ifadəliliyi ilə seçilmiş, uşaq təxəyyülünün hədsiz imkanlarını nümayiş etdirmiş və hər kəsdə xoş ovqat yaratmışdır. Rayonun idarə və təşkilatlarının, ümumtəhsil məktəbləri kollektivlərinin, uşaq tərbiyə müəssisələri nümayəndələrinin hazırladıqları əl işlərindən ibarət sərgi və rəsm əsərləri göz oxşayırdı.Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov hamını bayram münasibətilə təbrik etdi. O bildirdi ki, bütün şərəfli ömrünü Azərbaycan xalqının xoşbəxtliyi və firavanlığına, canından əziz bildiyi Vətəninin çiçəklənməsinə həsr etmiş dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsi qədirbilən xalqımız tərəfindən həmişə uca tutulur. Bu bayram Heydər Əliyev şəxsiyyətinə və dühasına xalq məhəbbətinin və minnətdarlığının böyük təntənəsidir.Bayram əhval-ruhiyyəsi ilə bəzədilmiş istirahət mərkəzi güllərdən düzəldilmiş kompozisiyalar bu gözəl mənzərəyə tamaşa edənləri heyrətləndirirdi. Bayramda iştirak edən yaradıcı şəxslərin, məktəblilərin dahi rəhbərimizə həsr etdikləri sənət əsərləri də Ulu Öndərə olan tükənməz sevgisinin bariz nümunəsinə çevrilmişdi.Tədbir bayram konserti ilə davam etdi
6 may 2015-ci il tarixdə Cəlilabad rayon Heydər Əliyev adına Yaradıçılıq Mərkəzində "Kitab Bayramı" keçirildi.Kitab Bayramında Rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizov, aidiyyəti təşkilat rəhbərləri, təhsil və mədəniyyət işçiləri,oxucular iştirak etdilər. Tədbirdə çıxış edən RİH başçısı Əziz Əzizov bilik mənbəyi olan kitabın əhəmiyyətindən, ölkəmizdə kitabxana-informasiya sahəsinin inkişafına göstərilən dövlət qayğısından danışmış, latın qrafikalı kitabların nəşri istiqamətində həyata keçirilən tədbirlərin əhali tərəfindən razılıqla qarşılandığını diqqətə çatdırmışdır.Respubilkamızda kitabxanaların, nəşriyyat işinin inkişaf etdirilməsində Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətləri barədə ətraflı məlumat verdi.O bildirdi ki,bu gün bu sahəyə diqqət və qayğı möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli sərancamı ilə latın qrafıkalı kitabların kütləvi nəşrinə başlanması bu sahədə çox böyuk irəliləyişlərə səbəb oldu.Sonra tədbir iştirakçıları kitab sərgisinə baxış keçirdilər, mədəniyyət işçilərinin hazırladıqları konsert proqramı nümayiş olundu.

Cəlilabadda bayram təntənələri.
Cəlilabadda bayram təntənələri.
Cəlilabadda bayram təntənələri.
Cəlilabadda bayram təntənələri.
Cəlilabadda bayram təntənələri.
Cəlilabadda bayram təntənələri.
Cəlilabadda bayram təntənələri.
Cəlilabadda bayram təntənələri.
Cəlilabadda bayram təntənələri.
Cəlilabadda bayram təntənələri.
Cəlilabadda bayram təntənələri.
Cəlilabadda bayram təntənələri.
Cəlilabadda bayram təntənələri.
Cəlilabadda bayram təntənələri.
Cəlilabadda bayram təntənələri.

21-05-2015, 15:46



Fikirlər