Türkiyə bankı Azərbaycanda zəifləyir - HESABAT

Türkiyə bankı Azərbaycanda zəifləyir - HESABAT


"Ziraat Bank (Azərbaycan)" cari ilin ikinci rübünə olan hesabatını açıqlayıb.
"Kommersant.az" bankın açıqladığı hesabata əsasən xəbər verir ki, "Ziraat bank (Azərbaycan)" nın xalis mənfəəti və məcmu kapitalı azalıb.

Bankın cəmi aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 80 mln. 256 min manat artaraq 274 mln. 415 min manat çatıb. Bundan başqa bankın cəmi öhdəlikləri 76 mln. 631 min manat artaraq 201 mln. 358 min manata, cəmi kapitalı isə ötən ilin eyni dövrü ilə müqayisədə 3 mln. 624 min manat artaraq 73 mln. 56 min manata yüksəlib.

KREDİT VƏ DEPOZİT PORTFELİ ARTIB

"Ziraat Bank (Azərbaycan)"nın müştərilərinə verdiyi kreditləri 2019-cu ilin 2-ci rübü ilə müqayisədə 17 mln. 142 min manat artaraq 134 mln. 874 min manata çatıb. Bu da bankın cəmi aktivlərini artırıb. Bankın depozit portfeli isə 53 mln. 683 min manat artaraq 73 mln. 56 min manata çatıb. Bu isə bankın cəmi phdəliklərinin artmasına səbəb olub.

FAİZ GƏLİRLƏRİ VƏ MƏNFƏƏT

Bankın faiz gəliri ötən ilin ilk yarısı ilə müqayisədə 492 min manat azalaraq 8 mln. 490 min manata düşüb. Buna baxmayaraq bankın faix xərcləri 649 min manat artaraq 2 mln. 929 min manat olub. Buna görə də bankın xalis faiz gəliri ötən ilin eyni dövrü ilə müqayisədə120 min manat artaraq 4 mln. 797 min manata çatıb. Qeyr-faiz gəlirlərini 1 mln. 341 min manat artıraraq 3 mln. 25 min manata, qeyri-faiz xərclərini isə 739 min manat artıraraq 4 mln. 704 min manata çatdıran "Ziraat Bank (Azərbaycan)"nın xalis əməliyyat mənfəəti 3 mln. 118 min manat olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 722 min manat çoxdur.

Bankın xalis mənfəəti 56 min manat azalaraq 1 mln. 747 min manata, məcmu kapitalı isə 2 mln. 82 min manat azalaraq 64 mln. 410 min manata düşüb.

28-07-2020, 10:37



Fikirlər