Fərxundənin ölümünə görə polislər həbs edilib

Fərxundənin ölümünə görə polislər həbs edilib
Mart ayında Kabulda qətlə yetirilmiş qadını qoruya bilmədikləri üçün 11 əfqan polisi bir il müddətinə həbs edilib.
Milli.Az BBC-yə istinadən bildirir ki, Fərxundə adlı 28 yaşlı qadın Quranı yandırmaqda günahlandırılaraq ölənə qədər döyülüb. Şahidlər isə onun Quranı yandırmadığını bildirir.
Bu ayın əvvəli dörd nəfər qətlə görə ölüm cəzasına məhkum edilib. Digər səkkiz nəfərə isə həbs cəzası kəsilib.
Hadisə, qadınlara münasibətlə bağlı geniş etirazlara səbəb olub.
Məsələdə təqsirli bilinmiş digər yeddi polis işçisi isə çərşənbə axşamı bəraət alıb.
Fərxundə gözmuncuğu satanla mübahisə edib. O, satıcı ilə məşhur Şah-Du-Şəmşirə ziyarətgahında qadınlara bəzək əşyaları satdığına görə mübahisə edib. Ziyarətgah prezident sarayına və Kabulun mərkəzi bazarına yaxın yerləşir.
Bu ayın əvvəli ölüm hökmü almış şəxslərdən biri də həmin muncuq satandır.
Mübahisə zəminində Fərxundə Quranı yandırmaqda ittiham edilib və ətrafdakı izdiham bunu eşidərək ona hücum edib.
Məhkəmədəki çıxışları zamanı təqsirləndirilən şəxslərdən bəziləri hadisəyə cəlb olunduqlarını etiraf ediblər.
Rəsmi istintaqçı bildirib ki, Fərxundənin Quranı yandırmasına dair heç bir dəlil yoxdur.

19-05-2015, 21:14



Fikirlər