I ixtisas qrupunda təhsil almaq istəyənlərə UNEC-dən FÜRSƏT

I ixtisas qrupunda təhsil almaq istəyənlərə UNEC-dən FÜRSƏT

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2020/2021-ci tədris ilində Texniki və texnoloji ixtisaslar üzrə I ixtisas qrupunda 9 yeni ixtisas açılıb.

UNEC-dən verilən xəbərə görə, yeni açılan ixtisaslara “Kommunikasiya sistemləri mühəndisliyi”, “İnformasiya təhlükəsizliyi”, “Elektrik və elektronika mühəndisliyi”, “Maşın mühəndisliyi”, “Sənaye mühəndisliyi”, “Materiallar mühəndisliyi”, “Ekologiya mühəndisliyi”, “Kompüter elmləri” və “Qida mühəndisliyi” aiddir.

Ümumilikdə isə UNEC-də I qrupa “İnformasiya texnologiyaları” ixtisası daxil olmaqla, 10 ixtisas üzrə qəbul aparılacaq.

UNEC-dən Texniki və texnoloji ixtisaslarda təhsil alan tələbələrə daha bir töhfə isə yeni kampusun bu ildən istifadəyə veriləcəyidir.

Müasir kampus standartlarına cavab verən, modern memarlıq elementləri ilə zəngin olan yeni tədris binasında 3 min tələbə təhsil ala biləcək. Yeni tədris binasında 30 auditoriya, 6 mühazirə otağı, ən müasir texnologiya ilə təchiz olunan 12 laboratoriya, 6 linqafon otağı, yeməkxana, idman zalı, kitabxana, böyük və kiçik konfrans zalları olacaq.

Texniki və texnoloji ixtisaslar yeni yaradılan “Rəqəmsal iqtisadiyyat” və “Mühəndis iqtisadiyyatı” fakültələrində tədris olunacaq.

24-07-2020, 10:29



Fikirlər