Siyasət Prezident İlham Əliyevdən səfir təyinatı

 Siyasət Prezident İlham Əliyevdən səfir təyinatı
Prezident İlham Əliyev Mahir Məmməd oğlu Əliyevin Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, sənəddə deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Mahir Məmməd oğlu Əliyev Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin".

Prezident İlham Əliyevin digər sərəncamı ilə Altay Vasif oğlu Əfəndiyev Azərbaycan Respublikasının İspaniya Krallığında və Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırıb.

19-05-2015, 21:02



Fikirlər