Türk təyyarəsində tanış oldular, evləndilər - FOTO

Türk təyyarəsində tanış oldular, evləndilər - FOTO
Türk təyyarəsində tanış oldular, evləndilər - FOTO
Türk təyyarəsində tanış oldular, evləndilər - FOTOTürk təyyarəsində tanış oldular, evləndilər - FOTOBir il əvvəl Türkiyə Hava Yolları (THY) şirkətinin təyyarəsində bir-birlərinə aşiq oldular, 1 il sonra yenə THY təyyarəsində evləndilər...
Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, keçən il THY-nin TK 342 reysində buludların üzərində bir-birinə aşiq olan iki yolçu tam bir il sonra, TK 1082 saylı Belqrad-İstanbul reysində reallaşdırılan toy mərasimi ilə həyatlarını birləşdirib.

THY-nin İstanbuldan Monqolustana gedən təyyarəsində tanış olan iki gənc tanış olduqdan bir il sonra yenə bir THY-nin Belqrad-İstanbul reysində təyyarə içində nikaha girib, tort kəsiblər və toy edərək həyatlarını birləşdiriblər.

2014-cü ildə bir oyunçu və bir həkim, İstanbuldan Monqolustanın paytaxtı Ulan-Batora getmək üçün THY-nin ı təyyarəsinə mindiklərində bu səfərin həyatlarını sonsuza qədər dəyişdirəcəyindən xəbərsiz idilər.

Vjera Mujovic Belqraddan, Stefan Preis isə Almaniyadan gələrək İstanbuldan keçməklə Ulan Batora səyahətlərində yan-yana oturub söhbət etməyə başlayıblar. İki yolçu qısa müddət sonra paylaşdıqları ortaq dəyər və düşüncələrlə yaxınlıq qurub, təyyarə Ulan-Batora eniş etmədən əvvəl təkrar görüşmək üçün bir-birlərinə söz veriblər.

Ötən müddətdə yol yoldaşlıqlarını fərqli bir məcraya daşıyan cütlük bundan tam bir il sonra (6 may 2015-ci ildə), tam da tanış olduqları yerdə, Belqrad-İstanbul təyyarəsində, yaxın dostları və ailələrinin iştirakı ilə birlikdə yeni bir həyata addım atmağa qərar veriblər.

Yeni evli cütlük toydan sonra təyyarədən endikdən sonra kürəkən gəlini qucağına alıb avtobusa qədər aparıb.

16-05-2015, 17:41



Fikirlər