Prezident İlham Əliyev Norveç kralını təbrik edib

Prezident İlham Əliyev Norveç kralını təbrik edibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Norveçin Kralı Əlahəzrət V Haralda təbrik məktubu göndərib.

Realnews.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Əlahəzrət,

Norveç Krallığının milli bayramı - Konstitusiya günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Norveç xalqına daim sülh və firavanlıq arzulayıram".

16-05-2015, 17:31



Fikirlər