“Bakı-2015”in idman elçisi ilk Avropa Oyunlarında qələbə qazanacağına inanır

“Bakı-2015”in idman elçisi ilk Avropa Oyunlarında qələbə qazanacağına inanırCüdoda hər zaman qələbə qazansan belə, ən son məqamda rəqib tərəfindən məğlub edilmə riski var.

AZƏRTAC xəbər verir ki, bu sözləri "Bakı-2015" ilk Avropa Oyunlarının idman elçisi Elmar Qasımov deyib.

Cüdoçumuz böyüklərin Avropa çempionatının gümüş medalçısıdır. Onun fikrincə, cüdoda əsas çətinlik oyunun sonuna kimi uduzma riskinın davam etməsidir. Hətta bu yarışda zəif idmançının güclü üzərində qələbə qazanma şansı da olur.

Elmar Qasımov qarşıdan gələn ilk Avropa Oyunları ilə əlaqədar həyəcanlı olmadığını bildirərək qələbə qazanacağına inandığını diqqətə çatdırıb.

Milli komandamızın üzvü dünyada ən sevdiyi məkanın İspaniya, bəyəndiyi musiqi ulduzlarının Maykl Cekson, Eminem, sevimli filmin "Revolver", əsərin isə "Koroğlu" olduğunu deyib.

14-05-2015, 23:20



Fikirlər