Bu da Elnurun məşqinin pərdəarxası

Bu da Elnurun məşqinin pərdəarxası "Eurovision 2015" mahnı müsabiqəsinin ikinci yarımfinalında iştirak edəcək ifaçılarının Vyana səhnəsində birinci rəsmi məşqinə bir gün qalıb
Milli.Az xəbər verir ki, Azərbaycan təmsilçisi Elnur və onun komandası artistin həyatında ən vacib çıxışına hazırlıq üçün maksimal səylər göstərir.

Zəngin promo-tur çərçivəsində iki həftə ərzində altı ölkəni gəzib-dolaşandan sonra Elnur fikrini özünün səhnə nömrəsinin məşqləri və vokal üzərində işdə cəmləşdirib. Onun əsas məqsədi - mahnının əsas, yəni "hər ürək üçün vuruşmaq lazımdır" mesajını Avropa auditoriyasına çatdırmaqdır.

Elnurun səhnə komandası - dünya səviyyəli mütəxəssislər, rəqqaslar - bir sıra beynəlxalq müsabiqələrin qalibləri və beynəlxalq mükafatların laureatları, təcrübəli bek-vokalçılar və başqalarıdır - o insanlar ki, səhnədə görsənməyəcəklər, amma onlar ifaçının uğuru naminə əllərindən gələni əsirgəmirlər.

İfa zamanı Elnurla bir səhnədə iki rəqqas olacaq - qız və oğlan. Məhz onlar "Hour of the Wolf" mahnısının hekayəsini danışacaqlar, lakin bu heç də növbəti sevgi hekayəsi deyil.

Mahnı istəklər və arzularla doludur, həmçinin heç vaxt ruhdan düşməmək mesajını verir və daha gözəl effekt əldə etmək üçün Elnurun səsinə üç güclü bek-vokalçı dəstək verəcək.

Xoreoqrafiyanın detalları, səhnə kostyumları və LED-ekranlar üçün video-artı siz mayın 14-ü, saat 13:20-də Azərbaycan iştirakçısının ilk məşqi zamanı görəcəksiniz. Qapalı məşqlərdən eksklüziv kadrları isə artıq indi izləyə bilərsiniz!

13-05-2015, 20:42



Fikirlər