Ağılsız, yalnız pulu düşünən, guya azərbaycanlı

Ağılsız, yalnız pulu düşünən, guya azərbaycanlıMüğənni Röya Ayxan sosial şəbəkədə onu "Bakı 2015" klipinə görə tənqid edənlərə cavab verib
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Avropa Oyunlarının "Ulduz elçi"si olan sənətçi ona dəstək olmayanları qara siyahıya atdığını yazıb:

"Ağılsız, yalnız pulu düşünən, guya azərbaycanlı olanlara səslənirəm: ölkə sizin gələcəyiniz üçün bunu edir. Bəs, siz Azərbaycan üçün nə edirsiniz? Kimin necə gücü çatırsa, o cür də bunu işıqlandırır. Bunu başa düşmək üçün gərək adam olasan.

Dostlar, pis başa düşməyin. Böyük danışdımsa, üzr istəyirəm. Amma deyəndə ki, bu Avropa Oyunları nəyə lazımdır dəli oluram. Hər idmançı dəstək istəyir. Onları ruhdan salmayın. Bu gün çox insanları qara siyahıya atdım. Azərbaycanın uğruna görə məni sevməyənləri, mən dünəndən istəmirəm".

13-05-2015, 20:35



Fikirlər