Tünzalə Ağayeva formada qalmağından danışıb

Tünzalə Ağayeva formada qalmağından danışıb Əməkdar artist Tünzalə Ağayeva konsertə hazırlaşır

Axşam.az-a açıqlamasında müğənni mayın 22-də və 23-də Heydər Əliyev Mərkəzində baş tutacaq konsertdə tamaşaçılara sürpiz edəcəyini deyib:

“Konsert öncəsi çox həyəcanlıyam. Çünki çoxdan gözlədiyim və arzuladığım səhnəyə çıxacam. Həmin mərkəzdə konsertlərdə tamaşaçı kimi yer almışam. Xəyal qururdum ki, mən də bir gün bu səhnədə oxuyacam. Qısa zamanda arzum yerinə yetdi. Gecə sürprizlərlə dolu olacaq. Həmişə tamaşaçını təəccübləndirməyin tərəfdarı olmuşam. Onsuz insanlar məni hər gün efirdə görür. Konsertdə fərqli Tünzalə olmalıdır”.

T.Ağayeva geyimlərindən də bəhs edib:

“Artıq illərdir Gülnarə Xəlilova ilə çalışıram. Elə libaslar var ki, onları alıram və hər zaman qarderobumda qalır. Eləsi də var ki, onları geyinib kolleksiyaya qaytarıram. Formada qalmaq üçün hər zaman sağlam qidalanıram. Ac qalmıram. İdman etmirəm, vaxtım yoxdur. Sadəcə, yeyib-içdiyimə fikir verirəm. Salonda isə az vaxt keçirirəm. Hətta elə olub ki, 5 dəqiqəyə saç düzümü etdirmişəm”.

4-05-2015, 16:46



Fikirlər