Bakıda "sevgi" qurbanının ölüm anının

Bakıda "sevgi" qurbanının ölüm anının Dərdin gələndə batmanla gəlməsi düz deyil. Bu dərd çox ağır, çox böyük oldu. 11-ci sinifdə oxuyan qızın kiminsə hikkəsinə, mağara şüuruna, feodallığın qəlpələrinin yaraladığı beyninin qurbanına dönməsi, yaşadığı evin qarşısındakı küçəni qanı ilə suvarması dərd deyilmi?

Biz bu cinayətə də sussaq, "qəmli sevgi hekayəti" saysaq, deməli, sevginin, insanlığın, şüurun nə olduğunu unutmağa çalışırıq. Bıçaqlanan qızın ölümü hər birimiz üçün katarsis olmalıdır. Olmalıdır ki, ayılaq və aramızda dolaşan, orta əsrlərdən də əvvəllərə söykənən düşüncələri ilə təhlükə mənbəyi olan insanları görək, yeni qurbanların ürək dağlamasına imkan verməyək. Bu qıza 8 bıçaq vuruldu. Müasirliyə, dözümlülüyə, şüura, humanizmə, sevgiyə, ata qüruruna, ana gözləntisinə, ümidə - hər birinə bir zərbə...

Milli.Az oxucuları bir neçə gün əvvəl amansızlıqla öldürülən məktəbli Aytac Babayevanın həyatının söndüyü anın fotosunu göndəriblər.

2-05-2015, 15:51



Fikirlər