Qızı "yox" cavabına görə qətlə yetirən oğlan: "Onu bıçaqlayanda bıçaq qırıldı, yoxsa..."

Qızı "yox" cavabına görə qətlə yetirən oğlan: "Onu bıçaqlayanda bıçaq qırıldı, yoxsa..."
Məndən ayrılmağı əsəblərimi korlamışdı, mən də vurdum onu...
Bakının Nizami rayonunda 58 saylı orta məktəbin 11-ci sinif şagirdi Babayeva Aytac Nazim qızını qətlə yetirən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib. Milli.Az “report”a istinadən xəbər verir ki, Nizami rayon Məhkəməsinin qərarı ilə cinayəti törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Hüseynov İzzət Natiq oğlu 3 ay istintaq dövrü müddətində həbs edilib.

O, ifadəsi zamanı A.Babayevanı onun sevgisini cavabsız qoyduğu üçün öldürdüyünü bildirib:
“Dörd ay on iki gün idi ki, ayrılmışdıq. Qala bilmirdim onsuz. İstəyirdim özümü onun yanında öldürüm ki, inansın mənə. Axırıncı dəfə görüşəndə özümü öldürəcəkdim, yanıma gəldi, qoymurdu bunu edim. Məndən ayrılmağı əsəblərimi korlamışdı, mən də vurdum onu. Onu bıçaqlayanda bıçaq qırıldı, yoxsa sonra özümü də öldürəcəkdim. Sonra oturdum yanında, başladım ağlamağa. Kaş onun yerinə mən ölərdim”.

Qeyd edək ki, cinayəti törətməkdə şübhəli bilinən İ.Hüseynov barəsində cinayət işi başlanılıb. İstintaq zamanı qətl hadisəsinin təfərrüatlarına aydınlıq gətiriləcək.

2-05-2015, 15:28



Fikirlər