Mətbəx sirləri: Xardallı-ballı toyuq kababı

Mətbəx sirləri: Xardallı-ballı toyuq kababı
Tərkibi:

4 toyuğun döş əti
1 x.q. soya sousu
3 x.q. dənəvər xardal
2 x.q. bal
1 ç.q. üyüdülmüş zəncəfil
1 x.q. qırmızı üzüm sirkəsi
küncüt toxumu
bitki yağı

Toyuq filesini uzununa şəridlər formasında doğrayın.

Soya sousu, xardal, bal, zəncəfil və sirkəni qarışdırın. Toyuq ətini bu sousun içinə düzün. Üzərinə qida plyonkası çəkib soyuducuda 1 saat saxlayın.

Uzun çöp şişləri suda saxlayın (bişəndə yanmaması üçün). Toyuq ətini şişlərə çəkin. Üzərinə küncüt səpin.

Tavaya bitki yağı töküb qızdırın.

Şişləri içinə düzüb hərtərəfli toyuq ətini qızardın.

Nuş olsun!

Resept: vk.com/academy_main

1-05-2015, 17:07



Fikirlər