Minik avtomobili ilə avtobus toqquşub: 2 yaralı

Minik avtomobili ilə avtobus toqquşub: 2 yaralı
Bu gün saat 13:30 radələrində Baki-Qazax avtomobil yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki,1952-ci il təvəllüdlü Mövsüm Cəfər oğlu Hüseynovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil dönmə əməliyyatını yerinə yetirərkən Gəncə istiqamətindən hərəkət edən Habil Bayram oğlu Bayramova məxsus “Mersedes” markalı sərnişin avtobusu ilə toqquşub.

Hadisə nəticəsində “VAZ 2107”nin sürücüsü və sərnişin, 48 yaşlı Əlibaba Mətləb oğlu Babayev xəsarət alıb. Yaralılar dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

1-05-2015, 16:20



Fikirlər