Dövlət Neft Fondu valyuta məzənnələrinin dəyişməsindən təqribən 7,5 milyon manat qazanıb

Dövlət Neft Fondu valyuta məzənnələrinin dəyişməsindən təqribən 7,5 milyon manat qazanıb
Şahmar Mövsümovun sözlərinə görə, 2015-ci ilin yanvar-mart ayları ərzində Neft Fondunun büdcə gəlirləri 2 028,0 milyon manat, büdcə xərcləri isə 2 335,6 milyon manat təşkil edib.

Trend-in məlumatına görə, Ş.Mövsümov qeyd edib ki, 2015-ci ilin ilk 3 ayı ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 1 938,9 milyon manat, о cümlədən mənfəət neftinin və qazın satışından 1 936,3 və tranzit gəlirləri 2,6 milyon manat təşkil edib: "Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirləri 89,1 milyon manata bərabər olub".

İcraçı direktor bildirib ki, hesabat dövrü ərzində Neft Fondunun 2015-ci il büdcəsinin icrası çərçivəsində 1 941,7 milyon manat vəsait dövlət büdcəsinə transfer edilib: "Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 47,9 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 25,1 milyon manat vəsait ayrılıb. Bakı-Tbilisi-Qars yeni dəmiryolu layihəsinin maliyyələşdirilməsinə Neft Fondundan 3,9 milyon manat vəsait ayrılıb. 2,7 milyon manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilib. "Cənub Qaz Dəhlizi" layihəsi üzrə isə 307,4 milyon manat vəsait ayrılıb. 2015-ci ilin yanvar-mart aylan ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 6,9 milyon manat təşkil edib".

Onun sözlərinə görə, 2015-ci il aprelin 1-nə Fondun aktivləri 2015-ci ilin əvvəlinə (37 104,1 milyon ABŞ dolları) nisbətən 5,86% azalaraq 34 930,5 milyon dollara bərabər olub.

1-05-2015, 16:14



Fikirlər