Xalq artisti: "Ailəmdəki faciələr məni yıxdı"

Xalq artisti: "Ailəmdəki faciələr məni yıxdı"Xalq artisti Nuriyyə Əhmədova “Adam içində” verilişinə qonaq olub.

Milli.Az xəbər verir ki, səhnəyə gəlişinin 50 ili tamam olan aktrisa dünyasını dəyişən övladlarından danışıb:

“Həyatda dərdim çoxdur. Qızım dünyasını dəyişdi. Böyüdüb, başa çatdırdığım oğlum Əlini itirdim. Oğlum ailəli idi. Övladı olmurdu, bədənində mikrob tapmışdılar. Bir uşağı olmuşdu, qırxı çıxan kimi öldü. Mikrob övladımı içdən yedi. Özümün isə səhhətim pisdir. İndi yanımda qalan övladım Faiqə görə ayaqda qalmağa çalışıram. Onu oxudub başa çatdırmalıyam. Ailəmdəki faciələr məni yıxdı, amma sənət yaşadır".

N.Əhmədova uzun illərdir ki, kirayədə yaşadığını deyib:

"Mənim heç vaxt evim olmayıb. Həmişə kirayədə yaşamışam. Sənətə gələndən ev növbəsində dayanmışam. 48 ildir gözləyirəm", - axşam.az aktrisanın sitatını yazıb.

30-04-2015, 21:33



Fikirlər