Papadan Adəm peyğəmbər haqqında qalmaqal yaradacaq sözlər

Papadan Adəm peyğəmbər haqqında qalmaqal yaradacaq sözlərPapa Fransisko bu sözləri "Əziz Peter" meydanında minlərlə inanclı ilə bir araya gəldiyi ənənəvi qəbul tədbirində söyləyib

Milli.Az islamazeri.az-a istinadən bildirir ki, katoliklərin ruhani lideri Papa Fransisko Adəm peyğəmbərin qadağan olunmuş meyvəni yeməsindən sonra həzrəti Həvvanı günahlandırdığını ifadə edərək, qadınları günahlandırmağa çalışan kişilərin günümüzdə də var olduğunu və həzrəti Adəm (ə) kimi pis bir iş sərgilədiklərini dilə gətirdi.

Papa Fransisko bu sözləri "Əziz Peter" meydanında minlərlə inanclı ilə bir araya gəldiyi ənənəvi qəbul tədbirində, ailə, evlilik və qadın-kişi bərabərsizliyi kimi mövzulara toxunarkən qeyd edib.

Papa evlənmə hallarının sayında kəskin azalma olduğunu, xüsusilə, gənclərin evlənmək yerinə birlikdə yaşamağı seçməsini və uşaq dünyaya gətirmə istəyinin əvvəlki illərə nisbətlə az olmasını tənqid edərkən bu sözləri deyib.

Hz.Adəm üçün qalmaqal yaranan sözləri

Papa ailələrdə yaşanan böhranın, qeyri-sabitliyin qaynağının və çox vaxt qadınların sərbəst bir həyata sahib olmasını istədiklərindən irəli gəldiyini qeyd edərək bunları dilə gətirdi: "Bu arqument düzgün deyil. Bu bir haqsızlıqdır. Hər zaman qadını günahlandırmağa çalışan bir maskülizm şəklidir və indi biz də Adəmin etdiyi kimi pis bir fiqur ortaya qoyuruq. Tanrı Ondan soruşur: "Niyə qadağan etdiyim meyvəni yedin?". Adəm isə cavabında, "Mənə meyvəni O (Həvva) verdi", - deyir. Yəni qadının günahı. Zavallı qadın".

30-04-2015, 21:31



Fikirlər