Onların Azərbaycana ən azı 700 milyard dollar borcu var

Onların Azərbaycana ən azı 700 milyard dollar borcu varErmənistanın Azərbaycan torpaqlarını işğal etdiyi illər ərzində vurduğu zərər ən azı 700 milyard dollar təşkil edir. Bunu Trend-ə Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycana dəymiş zərərin qiymətləndirilməsi üzrə işçi qrupunun üzvü Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, işçi qrupu dəymiş zərərin hesablanması üzrə işləri hələ də davam etdirir: "Bu rəqəm hələ minimal göstəricidir".

N.İbrahimov qeyd edib ki, işlərin təqribən 70 faizi başa çatdırılıb: "Tarixi abidələrə, təbii resurslara vurulmuş zərər, qismən də ətraf mühitə dəymiş ziyan hesablanıb".

O, əlavə edib ki, yaxın vaxtlarda bu işə kömək edəcək xarici mütəxəssislərin gəlməsi gözlənilir.

30-04-2015, 21:24



Fikirlər