3 avtomobil toqquşdu, olan isə piyadaya oldu

3 avtomobil toqquşdu, olan isə piyadaya oldu
3 avtomobilin toqquşması zamanı yolu keçən piyada xəsarət alıb. Hadisə Xaçmaz şəhərinin Nəriman Nərimanov küçəsində qeydə alınıb.

Milli.Az Region TV-yə istinadən xəbər verir ki, “VAZ 21 07” markalı, 27 BK 766 dövlət nömrə nişanlı avtomobil yolun kənarında dayanan 40 BJ 662 dövlət nömrə nişanlı “VAZ 21011”-ə, daha sonra isə 10 UC 640 nömrəli avtomobilə çırpılıb. Qəzadan sonra “VAZ 21011” yoldan keçən piyada, 1997-ci il təvəllüdlü Həsənov Natiq Malik oğlunu vurub. O, Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-stabildir.

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar aparılır.

29-04-2015, 20:15



Fikirlər