Avropada 66-cı olduq

Avropada 66-cı olduq2014/15 mövsümünün klub əmsalları açıqlanıb.

RealNews.az apasport.az-a istinadən xəbər verir ki, cari mövsüm qitə kuboklarında oynamış 239 komanda nəticələrinə əsasən toplanan əmsallar üzrə mövqelərini bilib.

23,5570 xala malik “Real” (İspaniya) cədvələ başçılıq edir.

Azərbaycanın ən yaxşı təmsilçisi “Qarabağ” 5,7250 xalla 66-cı yerdə qərarlaşıb. “Neftçi” 2,2250 xalla 102-cidir. “İnter” 1,2250 xala malikdir. Bakılılar 159-cu yerə şərikdirlər. 179-cu olan “Qəbələ”nin 0,9750 xalı var.

12-12-2014, 16:48



Fikirlər