Qripə görə vurulan peyvənd 11 nəfərin canını aldı

Qripə görə vurulan peyvənd 11 nəfərin canını aldı
İtaliyada İsveçrənin dərman istehsalçısı “Novartis”in qrip peyvəndini istifadə etdikdən sonra ölənlərin sayı günbəgün artır. Qeyd edək ki, həftəiçi ikisi qadın, üçü kişi olmaqla, 5 nəfər “Fluad” adlı həmin peyvəndi vurdurduqdan sonra dünyasını dəyişmişdi. Lent.az-ın məlumatına görə, aiddiyatı orqanların araşdırmasından sonra eyni səbəbdən ölənlərin sayının 11-ə çatdığı məlum olub. Nəticədə həmin peyvənddən istifadə qadağan edilib.
İsveçrə firmasının şübhəli peyvəndlərinin Siena şəhərində hazırlandığı və Toskana bölgəsində 60 min insanın risk altında olduğu açıqlanıb. “Novartis”dən verilən açıqlamada isə 1997-ci ildən bəri buraxılan peyvənddən indiyə qədər heç kimin ölmədiyi bildirilib.

30-11-2014, 01:20



Fikirlər