Mağazası yanan sahibkarlar Prezident Admnistrasiyasının qabağına toplaşdı

Mağazası yanan sahibkarlar Prezident Admnistrasiyasının qabağına toplaşdı

"EuroHome” Ticarət Mərkəzində mağazası yanan sahibkarlar Prezident Admnistrasiyasının qabağına toplaşıb.

Anews.az xəbər verir ki, bu barədə Yenisabah.az-a sahibkarlardan biri məlumat verib. Onun sözlərinə görə, 40-dan çox sahibkar əvvəlcə Milli Məclisin qabağında toplaşmaq istəyiblər. Lakin sonradan qərar dəyişib.

"İndi mənə dedilər ki, Prezident Aparatının qabağına tolaşırıq”, - deyə adının açıqlanmasını istəməyən sahibkar bildirib. Onun sözlərinə görə, Binəqədinin icra başçısı və "EuroHome”un sahibi Azay Möhnətovla görüşdə kompensasiya məsələsinə tam aydınlıq gətirilməyib: "Getdilər kənarda söhbət elədilər, bizə qaranlıq qaldı ki, baş verənlərin axırı necə olacaq. Bircə onu bilirik ki, Azay müəllim kompensasiya vermək istəmir”.

Sahibkarların tələbi kompensasiya ilə bağlıdır. Xatırladaq ki, dekbarın 10-da "EuroHome” Ticarət Mərkəzində güclü yanğın baş verib. Sahibkarlar mediaya açıqlamasında bildirib ki, ticarət mərkəzinin 95 faizi yanıb.

13-12-2019, 15:13



Fikirlər