DİN “Avropa” otelində baş verən qətllə bağlı məlumat yayıb

DİN “Avropa” otelində baş verən qətllə bağlı məlumat yayıb
DİN “Avropa” otelində baş verən qətllə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) “Avropa” otelində baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.
Unikalın nazirliyin saytına istinadən verdiyi məlumata görə, aprelin 21-də Nəsimi rayonu ərazisində yerləşən “Avropa” otelinin idman zalında naməlum şəxs Bakı şəhər sakinləri Azər Məmmədova və Ruslan Əfəndiyevə bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib. A.Məmmədov hadisə yerində ölüb, R.Əfəndiyev xəstəxanaya yerləşdirilib.
Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisənin Bakı şəhər sakini Sənan Quliyev tərəfindən törədilməsi müəyyən edilib.
Nəsimi Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

23-04-2015, 06:46



Fikirlər