Bakı-Quba yolunda minik avtomobili yük maşınlarının arasında qaldı: ÖLƏNLƏR VAR - YENİLƏNİB - FOTO

Bakı-Quba yolunda minik avtomobili yük maşınlarının arasında qaldı: ÖLƏNLƏR VAR - YENİLƏNİB - FOTO

Bakı-Quba yolunda baş verən ağır yol qəzası ilə bağlı cinayət işi başlanıb.

Sonxeber.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Baş Dövlət Yol Polis İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, hadisə Bakı-Quba yolunun 52-ci kilometrliyində baş verib. Quba rayonu istiqamətində hərəkətdə olan "VAZ 2107" markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan yük maşınına çırpılıb.

Hadisə nəticəsində "VAZ 2107" markalı avtomobildə olan 3 nəfər hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Cinayət Məcəlləsinin 263-3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha artıq şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri aparılır.

---------
11:47

Bakı-Quba yolunda ağır yol qəzası baş verib.

Sonxeber.az apa-ya istinadən xəbər verir ki, hadisə Bakı-Quba yolunun 52-ci kilometrliyində (Xızı rayonu ərazisindən keçən hissəsində) qeydə alınıb. İkisi yük, biri minik avtomobili olmaqla üç avtomobil toqquşub.

Qəza nəticəsində minik avtomobili yük maşınlarının arasında qalıb. Nəticədə minik maşınında olan 3 nəfər hadisə yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.
[medium=left]http://sheffaf.az/uploads/posts/2019-10/1570699446_1570693711_685d9edf624dad2.jpg[/medium]
[medium=left]http://sheffaf.az/uploads/posts/2019-10/1570699366_1570693731_45d9edf619c85e.jpg[/medium]

10-10-2019, 13:28



Fikirlər