Milli Məclis bu gün yeni Baş nazir seçəcək - TƏCİLİ

Milli Məclis bu gün yeni Baş nazir seçəcək - TƏCİLİ

Milli Məclisin bu gün keçirilən iclasında Əli Əsədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında məsələyə baxılacaq.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Milli Məclisin açıqladığı gündəlikdə bildirilib.

Qeyd edək ki, Əli Əsədov Prezidentin iqtisadi məsələlər üzrə köməkçisidir.

8-10-2019, 10:20



Fikirlər