Aygün: "Efirdə görüb qısqanırdım"

Aygün: "Efirdə görüb qısqanırdım"Tanınmış müğənni Aygün Şükürova "Gündəlik" verilişində qonaq olub.

Verilişdə qonaq olan ifaçı aparıcının "Uzun müddətdir, efirlərdə yoxsan, deyəsən, Kənan oxumağına qarşı çıxır?" sualına belə cavab verib:

"Xeyr. Kənan heç vaxt oxumağıma qarşı çıxmayıb. Sadəcə, övladlarım azyaşlı olduğundan vaxtımı onlara ayırdım. Artıq onlar böyüyüblər. Ara-sıra efirlərə çıxıram. Düzünü deyim ki, bəzi müğənniləri efirdə görüb qısqanırdım. Həm paxıllıq edirdim, həm də əsəbləşirdim. Əsasən də mən oxumayanda, evdə oturub verilişləri izlədikdə səsi olmayan müğənniləri görüb, özümdən çıxırdım".

10-12-2014, 10:26



Fikirlər