Anasını boğaraq öldürən gənc MƏHKƏMƏ QARŞISINDA

Anasını boğaraq öldürən gənc MƏHKƏMƏ QARŞISINDABu gün Bakı Ağır Cinayətlər Məhkəməsində anasını boğaraq öldürməkdə təqsirləndirilən 1992-ci il təvəllüdlü Hümbət Nağızadənin cinayət işi üzrə məhkəmə prosesinə start verilib.

Lent.az-ın məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı mayın 1-nə təyin olunub.

Qeyd edək ki, hadisə keçən il Xırdalan şəhəri 27-ci məhəllədə qeydə alınıb. Həmin ünvanda yaşayan, 1992-ci il təvəllüdlü Hümbət Elşən oğlu Nağızadə qısqanclıq zəminində anası, 1971-ci il təvəllüdlü Fatimə Oruc qızı Qurbanovanı boğaraq öldürüb.

Hadisəni törədən H.Nağızadə saxlanılıb.

22-04-2015, 23:48



Fikirlər