Güləşçimiz beynəlxalq turnirin çempionu olub

Güləşçimiz beynəlxalq turnirin çempionu olubHeydər Əliyev adına İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir başa çatıb. RTV (Region TV) xəbər verir ki, bu dəfəki turnir iyun ayında Bakıda keçiriləcək ilk Avropa Oyunlarının güləş yarışlarına test xarakteri daşıyıb. Turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Ukrayna, İran, Özbəkistan, Gürcüstan, Slovakiya, Türkmənistan, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Belarus və Türkiyə güləşçiləri iştirak ediblər.

Ümumilikdə, 13 ölkədən 500-ə yaxın idmançının mübarizə apardığı yarışda güləşçilərimizin çıxışını uğurlu hesab etmək olar. Belə ki, 4 gün davam edən turniri yığma komandamızın üzvləri 16 qızıl, 14 gümüş və 23 bürünc olmaqla ümumilikdə 53 medalla başa vurub. Yeniyetmə yunan-Roma güləşçilərimiz 3 qızıl, 8 gümüş və 9 bürünc medal qazanaraq ilk yarış gününə damğa vurubar.

Yunan-Roma güləşi üzrə gənclərdən ibarət yığma komandamızın üzvləri ikinci yarış günündə mübarizəyə qoşublar və günü 4 qızıl, 2 gümüş və 3 bürünc medalla başa vurublar. Quba güləş məktəbinin yetirməsi olan Nəzərşah Fətullayev 76 kq-da bütün rəqiblərindən üstün olaraq kürsünün ən yüksək pilləsinə qalxıb. Hazırda məşqlərini Qubada davam etdirən güləşçi qarşıdakı beynalxaq turnirlərə hazırlaşır.

22-04-2015, 23:25



Fikirlər