Braziliya Ciu-Citsu və xidməti tətbiqi idman növləri Assosiasiyası yaradılıb

Braziliya Ciu-Citsu və xidməti tətbiqi idman növləri Assosiasiyası yaradılıb

23 avqust 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzinin bazasında yeni yaradılan Braziliya Ciu-Citsu və xidməti tətbiqi idman növləri Assosiasiyasının təsis konfransı keçirilmişdir. Konfransda Azərbaycan-Braziliya Ciu-citsu məktəbinin rəhbərləri o cümlədən, Türkiyənin İzmir şəhərindən, Sumqayıt, Ələt, Suraxanı, Qusar, Gəncə və digər rayonlardan 22 nümayəndə iştirak etmişdir. Konfransda Assosiasiyanın prezidenti seçkisi keçirilmiş, iclasa sədrlik edən Avrasiya Kombat Ciu-Citsu Federasiyasının prezidenti Rəsul Məmmədov Azərbaycan Taekvondo Federasiyasının, Azərbaycan Karate Federasiyaları Assosiasiyasının birinci vitse prezidenti, FHN-nin İdman Sağlamlıq Mərkəzinin rəisi Füzuli Musayevi prezident vəzifəsinə təklif irəli sürmüş və təklif edilən namizəd yekdilliklə adı çəkilən vəzifəyə seçilmişdir.
Assosiasiyasının prezidenti vəzifəsinə seçilən Füzuli Musayev göstərilən etimada görə minnətdarlıq edərək, Assosiasiyanın fəaliyyətinin inkişafı, Braziliya Ciu-Citsunun və xidməti tətbiqi idman növlərinin inkişaf etdirilməsi üçün bacarıq, səy və xidmətlərini əsirgəməyəcəyini bildirmişdir. Füzuli Musayev çıxışında qeyd etmişdir ki, qarşıda duran əsas məqsəd gənclərimizi bu idman növünə cəlb etməklə sağlam həyat tərzinin formalaşması, onların sağlam böyüməsi və inkişafı və beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil etməkdir.
Yeni seçilmiş prezident Assosiasiyanın birinci vitse prezidenti vəzifəsinə Braziliya Ciu-citsu klubu "İctimai birliyi"nin rəhbəri Taleh Həsənovu, Assosiasiyasının baş katibi vəzifəsinə uzun müddət Daxili İşlər Nazirliyinin əlbəyaxa döyüş mərkəzinin rəhbəri, xidməti tətbiqi idman növlərinin inkişafında səy və xidmətləri olmuş İdman Sağlamlıq Mərkəzinin Hüquqşünası Həmid Məmmədovu, Avrasiya Kombat Ciu-Citsu Federasiyasının prezidenti Rəsul Məmmədovu texniki direktor, Assosiasiyasının məşqçilər komitəsinə Azərbaycan Cüdosuna tövhələr vermiş Rəcəblilər sülaləsinin nümayəndəsi Zaur Rəcəblini sədr təyin etmişdir.
Braziliya Ciu-Citsu və xidməti tətbiqi idman növləri Assosiasiyası yaradılıbBraziliya Ciu-Citsu və xidməti tətbiqi idman növləri Assosiasiyası yaradılıbBraziliya Ciu-Citsu və xidməti tətbiqi idman növləri Assosiasiyası yaradılıbBraziliya Ciu-Citsu və xidməti tətbiqi idman növləri Assosiasiyası yaradılıbBraziliya Ciu-Citsu və xidməti tətbiqi idman növləri Assosiasiyası yaradılıbBraziliya Ciu-Citsu və xidməti tətbiqi idman növləri Assosiasiyası yaradılıbBraziliya Ciu-Citsu və xidməti tətbiqi idman növləri Assosiasiyası yaradılıbBraziliya Ciu-Citsu və xidməti tətbiqi idman növləri Assosiasiyası yaradılıbBraziliya Ciu-Citsu və xidməti tətbiqi idman növləri Assosiasiyası yaradılıb

27-08-2019, 15:15



Fikirlər