Bakıda yolları bağlayırlar

Bakıda yolları bağlayırlarBakının bəzi küçə və prospektlərində yolun hərəkət hissəsinin üfqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən APA-ya verilən məlumata görə, artıq günorta saat 12:00-dan etibarən Nərimanov rayonu Nəsib bəy Yusifbəyli küçəsində və Vaqif prospektində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılıb.

İşlər axşam saat 17:00-dək davam edəcək.

Bundan başqa, bu gün axşam saat 22:00-dan etibarən Tbilisi prospektinin Bakıxanov dairəsindən İzmir dairəsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən və ya tam olaraq məhdudlaşdırılacaq.

İşlərin səhər saatlarınadək davam etdirilməsi nəzərdə tutulub.

Sürücülərdən göstərilən müddət ərzində alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

21-04-2015, 14:53



Fikirlər