“Baku Bus”ın avtobusunda tüstülənmə olub - VIDEO

“Baku Bus”ın avtobusunda tüstülənmə olub - VIDEO

Baku Bus”a məxsus 88A nömrəli müntəzəm maşrut xətti üzrə hərəkət edən 99 JH 233 dövlət nömrə nişanlı avtobusunda tüstülənmə olub.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev Anews.az-a açıqlamasında məlumatı təsdiqləyib.
Onun sözlərinə görə, hadisə avqustun 22-də baş verib.

M.Ağayev bildirib ki, bu, texniki məsələdir: "Belə ki, bu, yağın axması nəticəsində əmələ gələn tüstülənmədir və texniki personalın müdaxiləsi ilə məsələ aradan qaldırılıb. Ümumiyyətlə, hazırda "Baku Bus” MMC-nın istismarında olan, eyni zamanda yeni alınan avtobuslarda yanğından mühafizə məsələsi çox ciddi şəkildə nəzərə alınıb. Avtobusların mühərrik hissəsində üçlü yanğın söndürmə sistemi mövcuddur”.(report)

23-08-2019, 13:12



Fikirlər