Peşə məktəblərinə sənəd qəbulu başladı

Peşə məktəblərinə sənəd qəbulu başladı

Avqustun 22-dən peşə təhsil müəssisələrinə sənəd qəbulu başlayır.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən Lent.az -a verilən məlumata görə, ixtisas seçimindən müvəffəqiyyətlə keçənlər sənədlərini avqustun 22-27-də qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməlidirlər.
Qeyd edək ki, avqustun 21-də 2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulunun nəticələri açıqlanıb. Peşə təhsili müəssisələrinə avqustun 5-dən 20-dək keçirilən birinci mərhələdə 11000-dən çox ərizəçi müraciət edib. Onlardan 8808 nəfər peşə təhsili müəssisələrinə qəbul olunub.
Xatırladaq ki, peşə təhsili müəssisələrinə qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə “ASAN xidmət” mərkəzlərində elektron qaydada həyata keçirilib.
Əlilliyi olan şəxslərin, həmçinin valideynlərini itirən və ya valideyn himayəsindən məhrum olan uşaqların peşə təhsili müəssisələrinə qəbulu müsabiqədənkənar aparılıb.

22-08-2019, 10:29



Fikirlər