BMT-dən fillərlə bağlı QADAĞA

BMT-dən fillərlə bağlı QADAĞA

Birləşmiş Millətlər Təşkilatının Cenevrə ofisində "Nəsli tükənməkdə olan növlərin ticarətinə dair müqavilə"yə uyğun olaraq Afrika fillərinin qorunması üçün keçirilən səsvermədə 18 "xeyr"ə qarşı 46 ölkə "bəli" səsindən istifadə edib, 19 ölkə isə bitərəf qalıb.

FaktXəbər-in məlumatına görə, səsvermə ilə Afrika fillərinin vəhşi təbiətdən zooparklara aparılması qadağan edilib.

Beynəlxalq Humanizm Cəmiyyəti (HSİ) məsələ ilə bağlı yayımladığı açıqlamada "təpiklənən və döyülən" fillərə qarşı həyata keçirilən zülmü dayndıracağına söz verib.

Cəmiyyətin vəhşi təbiət proqramları və siyasəti mütəxəssisi İris Ho bildirib ki, bu qərarla saysız filin vəhşi təbiətdən qoparılmasının və zooparklarda həbs edilməsinin qarşısı alınacaq.

Digər tərəfdən Zimbabvenin 2012-ci ildən bu yana Çindəki zooparklara 100 fil balası ixrac etdiyi bildirilir.

Cənubi Afrika, Namibiya və Zimbabve zooparklara ən çox vəhşi fil ixrac edən ölkələrin sırasındadır.

Analarından zorla ayrılan bala fillərin bəzilərinin narahatlıq keçirərək öldüyü bildirilir.

20-08-2019, 13:57



Fikirlər