Arxdan mərmi qalıqları tapıldı

Arxdan mərmi qalıqları tapıldıTovuzun Bozalqanlı kəndi ərazisindən keçən arxda su kəsildikdən sonra sakinlərin qarşısına müxtəlif növdə mərmi qalıqları çıxıb.

Kəpəz TV-yə (Region TV) verilən xəbərə görə, kəndlilər bildirirlər ki, ərazidən keçən arx öz başlanğıcını Ermənistandan başlayan çaylardan götürdüyündən bu mərmilərin onlar tərəfindən qəsdən axıdılması da mümükündür.

Kənddəki yaşayış evlərinin yaxınlığından keçən su arxından sahələrin suvarılmasında və məişətdə istifadə edildiyindən böyük təhlükə yaranacağı qaçılmazdır. Kəndlilər, həmçinin ərazidə azyaşlı uşaqların olmasını da nəzarə alıb adiyyəti qurumları məlumatlandırıblar.

18-04-2015, 18:15



Fikirlər