Sabunçuda Rəsulzadə küçəsinin adı dəyişdirilib? - İcra Hakimiyyətindən AD AÇIQLAMASI

Sabunçuda Rəsulzadə küçəsinin adı dəyişdirilib? - İcra Hakimiyyətindən AD AÇIQLAMASI

Sosial şəbəkələrdə Sabunçu rayonundakı Məhəmməd Əmin Rəsulzadə küçəsinin adının dəyişdirilərək Nikolay Baybakov adlandırıldığı haqda məlumat yayılıb.

Sabunçu rayon İcra Hakimiyyətinin əməkdaşı Türkel Əsgərov Cebhe.info-ya verdiyi açıqlamada informasiyanın doğru olmadığı bildirib.

“Rəsulzadə küçəsinin adı dəyişdirilməyib, olduğu kimi qalıb. Adı dəyişənlər Aydınbəyov, Musabəyov, Sultanov və Qasımov küçələridir. Məsələn, Aydınbəyov küçəsinə Həmid Araslı, Musabəyov küçəsinə Mehdi Hüseynzadə adı verilib. Bunlar da çoxdan dəyişdirilib”,- deyə o vurğulayıb.

16-08-2019, 11:49



Fikirlər