İnstaqramda şübhəli məlumatlar barədə xəbərdarlıq ediləcək

İnstaqramda şübhəli məlumatlar barədə xəbərdarlıq ediləcək

İnstaqram izləyiciləri üçün növbəti yeni funksiyasını açıqlayıb.
APA Rusiya KİV-ə istinadla xəbər verir ki, şübhə doğuran məlumatlar barədəd dərhal xəbərdarlıq siqnalı ötürüləcək.
İstifadəçi isə öz istəyinə uyğun olaraq həmin mesajı dəyərləndirə biləcək.
Yeni funksiya imkan verəcək ki, istifadəçi "uyğun olmayan” və ya "yanlış informasiya" (saxta) düymələrini sıxmaqla özünü sığortalasın.
Eyni zamanda şübhə doğuran hesablar şəbəkə tərəfindən təhlil ediləcək. silinməsə də yayımlanması məhdudlaşdırılacaq.

16-08-2019, 09:04



Fikirlər