İrandan sərt bəyanat: Geri çəkilməyəcəyik!

İrandan sərt bəyanat: Geri çəkilməyəcəyik!
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Fars körfəzinin İran üçün həyati əhəmiyyət kəsb etdiyini və bölgənin təhlükəsizliyinin təmin edilməsi məsələsində geri addım atmayacaqlarını söyləyib.

Publika.az xəbər verir ki, İranın xarici siyasət idarəsinin başçısı bu haqda tvitter hesabında yazıb.

Onun sözlərinə görə, bölgədə yerləşdiriləcək hər hansı bir xarici güc gərginliyə səbəb olacaq.

"İran milli təhlükəsizliyini təmin etmək üçün heç vaxt geri addım atmayacaq”, - iranlı nazir qeyd edib.

Qeyd edək ki, ABŞ Hörmüz boğazında İranla yaşanan gərginlikdən sonra boğazda dəniz nəqliyyatına nəzarət etmək üçün təhlükəsizlik planı hazırladığını açıqlayıb. İngiltərənin də daxil olduğu plan İsraildən dəstək alıb.

10-08-2019, 14:21



Fikirlər