Sabirabadda qanlı olay

Sabirabadda qanlı olaySabirabadda 55 yaşlı kişi intihar edib.

Sabirabad Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, dekabrın 9-da rayonun Hacıbəbir kənd sakini, 1959-cu il təvəllüdlü İbadov Elbrus Bayram oğlu ov tüfəngi ilə özünə atəş açıb. Nəticədə 55 yaşlı E.Bayramov hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, intiharın səbəbləri araşdırılır.

10-12-2014, 10:18



Fikirlər