Erməni əsilli müğənni Bakıda solo konsert verəcək

Erməni əsilli müğənni Bakıda solo konsert verəcək

Rusiyanın erməni əsilli tanınmış estrada müğənnisi Aleksey Çumakov noyabr ayının 30-da Bakıda, Heydər Əliyev adına sarayda solo konsert verəcək.
Aleksey Çumakov ilk solo konsertini 2018-ci ilin dekabr ayında Bakıda keçirib. Çumakov həmçinin Bakıda təşkil olunan "JARA” musiqi festivalında 2 dəfə iştirak edib.

Məlumat üçün bildirək ki, Aleksey Çumakov 1981-ci ildə Özbəkistanın Səmərqənd şəhərində anadan olub. Çumakovun anası Liliya Avanesyan Azərbaycanda (Dağlıq Qarabağda) anadan olub. Aleksey Çumakov dəfələrlə Ermənistana səfər edərək İrəvanda konsert verib. Bir neçə ay əvvəl Aleksey Çumakov NTV televiziyasında yayımlanan və Tiqran Keosyanın aparıcısı olduğu verilişdə anası haqqında və erməni dili haqqında danışıb.

Onu da bildirək ki, ötən ay Aleksey Çumakov "JARA-2019” festivalı çərçivəsində də Bakıda konsert verib.(Yeniavaz.com)

9-08-2019, 10:58



Fikirlər