Atambayevin evinə hücum zamanı əsir götürülən xüsusi təyinatlıların İLK GÖRÜNTÜSÜ - VİDEO

Atambayevin evinə hücum zamanı əsir götürülən xüsusi təyinatlıların İLK GÖRÜNTÜSÜ - VİDEO

Avqustun 7-də axşam radələrində Qırğızıstanın eks-prezidenti Almazbek Atambayevin Koy-Taş kəndindəki evinə hücum edərkən əsir götürülən xüsusi təyinatlıların ilk görüntüləri yayılıb.

Məlumata əsasən, yerli vaxtla saat 21:00-da xüsusi təyinatlılar Qırğızıstanın keçmiş prezidentinin iqamətqahına daxil olublar. Saat 22:00-da isə sabiq dövlət başçısının tərəfdarları evə daxil olub, xüsusi təyinatlıların müqavimətini qıraraq onları evdən çıxarmağa başlayıblar.

Hazırda A.Atambayevin tərəfdaşları bir neçə xüsusi təyinatlını hələ də əsir saxlayır. Onların ilk görüntüsü də yayılıb.

8-08-2019, 16:30



Fikirlər